"Nyukasl Yunayted" "Benfika"nın müdafiəçisi Alexandro Qrimaldonu heyətinə qatmaq istəyir.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ilə "Barselona" və "Yuventus" da maraqlanır.
Qrimaldo bu mövsüm 6 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun "Benfika" ilə müqaviləsinin müddəti gələn ilin yayında başa çatır.
Emin