"Real Madrid"in cinah oyunçusu Marko Asensio klubdakı mövqeyindən narazıdır.
Fanat.Az xəbər verir ki, bu barədə insayder Nikolo Skira paylaşımında iddia edib.
Bu arada futbolçu "Malyorka" ilə matçda isinmə hərəkəti etməsinə baxmayaraq, meydana buraxılmayıb və baş məşqçinin bu addımından narazılığını açıq şəkildə büruzə verib, ehtiyat oyunçular skamyasında su qabını təpikləyib.
Largo de aquí @marcoasensio10 pic.twitter.com/vimcggw8nP
— Arrow (@ArrowRM) September 11, 2022
26 yaşlı ispaniyalı bu mövsüm cəmi 17 dəqiqəlik meydanda olub.
"Real Madrid"in də Asensio ilə müqavilənin müddətini uzatmaq fikrində olmadığı bildirilir.
Mirağa