"Çelsi" yarımmüdafiəçi Nqolo Kanteyə yeni 2+1 müqavilə təklif edib.
Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, fransız futbolçu bu təklifdən imtina edib.
Kante daha uzun müddətə razılaşmaq istəyir. Onun klubla hazırkı müqaviləsinin müddəti cari mövsümün sonuna kimidir.
Hazırda 31 yaşlı yarımmüdafiəçi zədəsini sağaldır. “Mavilər”in ona uzunmüddətli müqavilə təklif etməkdən çəkinməsinin əsas səbəbi məhz futbolçunun zədəsidir.
Mirağa