"Mançester Siti"nin yeni transferi, norveçli hücumçu Erlinq Holandın maaşı açıqlanıb.
Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, 22 yaşlı forvard klubun ikinci ən çox maaş alan oyunçusudur.
Mənbənin məlumatına görə, norveçli hücumçu həftədə 433 min avro və ya ildə 22,5 milyon avro alır.
"Mançester Siti"də yalnız Kevin De Bruyne ondan çox maaş alır - həftədə 462.000 avro (illik 24 milyon avro).
Emin