"Arsenal"ın keçmiş baş məşqçisi Arsen Venger Mikel Artetanın və komandasının uğuru haqqında danışıb.
Fanat.Az xəbər verir ki, FİFA-nın rəsmi saytı keçmiş çalışdırıcının dediklərini belə çatdırıb:
“Ümid edirəm ki, onlar titul qazanacaqlar. Ən azı ilk dördlüyə düşə bilərlər. Niyə də yox? Bu mövsüm başlayandan tam üstünlük təşkil edən komanda yoxdur və "Arsenalın" şansı var, çünki potensial müşahidə olunur. Düşünürəm ki, onların titul uğrunda mübarizə apara bilərlər".
Emin