Kriştianu Ronaldu 2021-ci ilin yayında "Mançester Yunayted"ə qayıdanda komanda yoldaşları qarşısında təsirli çıxışının səs yazısı mətbuata sızdırılıb.
Fanat.Az xəbər verir ki, "Nyukasl"la oyundan əvvəl paltardəyişmə otağında Ronaldunun dediyi sözlər "The Sun" nəşrinin əməkdaşlarının əlinə keçib.
“Mançester Yunayted"ə iki səbəbə görə qayıtdım. Birincisi, ona görə ki, mən bu klubu sevirəm. İkincisi, bu klubun sahib olduğu qalibiyyət mentalitetini bəyənirəm.
Mən kef etmək üçün qayıtmamışam. Uğurlu olmaq istəyirsinizsə, bu klubu bütün qəlbinizlə sevməlisiniz. Bu klub üçün yemək, yatmaq və mübarizə aparmaq lazımdır. Oynasanız da, oynamasanız da, komanda yoldaşlarınızı dəstəkləməli və həmişə 100 faizinizi kluba verməlisiniz.
Mən yalnız qələbələr üçün buradayam. Qalibiyyət bizə xoşbəxtlik gətirir. Mən xoşbəxt olmaq istəyirəm. Hamınız gözəl oyunçularsınız və mən sizə inanıram, əks halda geri qayıtmazdım. Əlinizdən gələni etsəniz, azarkeşlər sizi dəstəkləyəcək.
Komanda üçün əlimdən gələni edəcəyəm, amma dəstəyinizə də ehtiyacım var. Döyüşməyə hazırsınız? Hər şeyi meydanda qoymağa hazırsınızmı?"
Daha sonra "Nyukasl"a qarşı debüt oyununda (4:1) Ronaldu dublla yadda qaldı.
Emin