UEFA Avropa Liqasının E qrupunun 2-ci turunda Moldovanın "Şerif" komandası ilə oyunun 39-cu dəqiqəsində penaltini qola çevirərək mövsümdə ilk qolunu vuran "Mançester Yunayted"in ulduz hücumçusu Kriştianu Ronaldu davranışı ilə də diqqət mərkəzinə düşüb.
Fanat.Az xəbər verir ki, portuqaliyalı futbolçu fasilədə paltardəyişmə otağına yollanarkən onunla şəkil çəkdirmək istəyən xanıma qarşı kobud davranıb.
Ronaldu qıza baxmadan onu rədd edib. O, sadəcə əlini pərəstişkarına tərəf uzadıb və əhvalının olmadığını bildirib.
A fan asked Ronaldo for a picture during the halftime of the United game but he refused to take it… pic.twitter.com/qYIRsvmtQU
— LSPN FC (@LSPNFC_) September 15, 2022
Mirağa