"Barselona"nın icarə əsasında "Milan"da oynayan müdafiəçisi Serjino Dest "Kamp Nou"ya qayıtmaq istəmir.
Fanat.Az "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, amerikalı futbolçu müqavilədəki satınalma seçiminin aktivləşdirilməsini tələb edəcəyini bildirib:
“Milan" və "Barselona" arasındakı müqavilədə satın alma opsionu var, ona görə burda qalmaq üçün əlimdən gələni edəcəyəm. Mən "Milan"da həqiqətən xoşbəxtəm və burda qalmaq istəyirəm”.
Emin