"Uotford"un sabiq baş məşqçisi Klaudio Ranieri "Montsa"nı çalışdırmaqdan imtina edib.
Fanat.Az "Sky İtalia"ya istinadən xəbər verir ki, İtaliya klubunun rəhbərliyi Covanni Stroppanın işdən çıxarılmasından sonra 70 yaşlı mütəxəssisə müraciət edib. Lakin Ranieri təklifi qəbul etməyib.
"Montsa"nın baş məşqçisi klubun gənclərdən ibarət komandasına rəhbərlik edən Raffaele Palladino təyin olunub.
Emin