"Birinci hissədə hər şey qaydasında idi. Amma fasilədən sonra bizi döydülər".
Fanat.Az xəbər verir ki, bunu Fransanın "Nant" komandasının futbolçusu Samuel Mutussami deyib.
O, "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin II tur matçı barədə klubun rəsmi saytına danışıb:
26 yaşlı yarımmüdafiəçi ikinci yarıda rəqibdən daha zəif oynadıqlarını etiraf edib: "İkinci yarıda zəif təsir bağışladığımızı söyləməliyəm. "Qarabağ"ın sərgilədiyi futbol daha cəlbedici idi".
Qeyd edək ki, Ağdam təmsilçisi yer aldığı G qrupunda növbəti oyununu oktyabrın 6-da keçirəcək. Təmsilçimiz Yunanıstanda "Olimpiakos" ilə üz-üzə gələcək.