"Roma"nın hücumçusu Temmi Abraham komanda yoldaşı Paulo Dibala haqda danışıb .
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, o, argentinalı oyunçu haqda belə deyib:
“Dibala istedadlıdır. O, 12 yaşındaymış kimi görünsə də, liderlik keyfiyyətləri var. Paulo bu səviyyəyə "Yuventus"la kuboklar qazanaraq çatdı. Onun keyfiyyətləri həm komanda, həm də mənim üçün çox şey deməkdir".
Xatırladaq ki, bu yay Roma təmsilçisinə keçən Dibala A Seriyasında 6 matça çıxaraq 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.