"Barselona"nın yarımmüdafiəçisi Serxio Buskets klubu ilə 2023-cü ilin yayında başa çatacaq müqaviləsini yeniləmək fikrində deyil.
Fanat.Az "Mirror"a istinadən bildirir ki, Kataloniya klubu Busketsin əvəzedicisi kimi gördüyü "Çelsi"nin yarımmüdafiəçisi Jorginyonu heyətinə qatmaq istəyir.
"Barselona" onu pulsuz əldə edə bilər. Belə ki, 30 yaşlı futbolçunun London klubu ilə 30 iyun 2023-cü ilə qədər müqaviləsi var.
Jorginyo bu mövsüm "Çelsi"nin heyətində Premyer Liqada 6 oyuna çıxıb və 1 qol vurub.
Mirağa