Fransa liqasında birincilik uğrunda PSJ-yə "əlcək atan" və tarixində ən yaxşı startla diqqət çəkən "Olimpik Marsel" baş məşqçisiz qala bilər.
Fanat.Az xəbər verir ki, bu uğurun memarı olan baş məşqçi İqor Tudor "Yuventus"un hədəfindədir.
Bu iddia “La Republica”ya məxsusdur. Nəşrin iddiasına görə, A Seriyasında 8-ci pillədə qərarlaşan, Çempionlar Liqasında isə iki turdan sonra xalsız olan Turin klubu Massimiliano Alleqrini xorvatiyalı baş məşqçi ilə əvəzləməyi planlayır. Tudordan başqa daha 3 məşqçi “Yuventus”un hədəfindədir: Roberto De Zerbi, Tomas Tuxel və Paolo Montero.
Mirağa