"Yuventus"un futbolçusu Pol Poqbanın qardaşı Matias və uşaqlıq dostları tərəfindən təhdid edildiyi barədə məlumat vermişdik.
Fanat.Az "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin 32 yaşlı qardaşı polis tərəfindən nəzarətə götürülüb.
O, mütəşəkkil cinayətkar dəstənin tərkibində hədə-qorxu ilə pul tələb etməkdə və sui-qəsddə ittiham olunub.
Digər dörd şübhəli iştirakçı da ittiham edilib və onların hamısı mühakimə olunana qədər nəzarətə götürülüb.
Pol Poqba özü isə polis tərəfindən xüsusi mühafizə altına alınıb.
Emin