"Milan" klubu yanvarda komandanı gücləndirmək üzərində işləyir.
Fanat.Az İtaliya mətbuatına istinadən xəbər verir ki, klubun texniki direktoru Paolo Maldini qış transfer pəncərəsində "rossonerilər"ə keçmək üçün Hakim Ziyeş və onun agenti ilə danışıq aparır.
Futbolçuyla böyük ölçüdə razılaşan Maldini futbolçunun klubu "Çelsi" ilə ortaq məxrəcə gələcəyinə ümid edir.
İtaliya çempionu mərakeşli yarımmüdafiəçini sonradan 27 milyon avroya birdəfəlik transfer etmək şərti ilə, ilyarım müddətinə icarəyə götürmək istəyir .
29 yaşlı futbolçu 2020-ci ilin yayında 40 milyon avroya "Ayaks"dan "Çelsi"yə keçib. Lakin o, London klubunda özünü göstərə bilmir. Hakim Ziyeş yeni baş məşqçi Qraham Potterin planlarına daxil deyil. Hər halda, o, bu mövsüm cəmi 4 matçda meydana çıxıb və 169 dəqiqə oynayıb.
Mirağa