İspaniyanın “Kartaxena” klubu “Qarabağ”ın keçmiş futbolçusu Xayme Romeronu baxışa çağırıb.
Fanat.Az xəbər verir ki, məlumatı “Cartagenaactualidad” nəşri yayıb.
Xəbərə görə, 32 yaşlı futbolçu bu gün baş məşqçi Luis Karrionun sərəncamında olacaq.
Qeyd edək ki, 2019-cu ildə “Qarabağ”a keçən Romero ötən mövsümün sonunda klubdan ayrılıb.