Polşa millisinin kapitanı Robert Levandovski dünya çempionatında Ukrayna bayrağının rənglərində sarğı ilə çıxış edəcək.
Fanat.Az xəbər verir ki, bu barədə ulduz forvard özünün sosial şəbəkə hesabında paylaşıb edib.
"B/R Football"ın "Twitter" səhifəsinin məlumatına görə, sarğını Levandovskiyə Ukrayna futbolunun əfsanəsi Andrey Şevçenko təqdim edib və onu Dünya Çempionatında taxmasını istəyib.
"Barselona"nın futbolçusu bununla bağlı paylaşımında belə yazıb: “Təşəkkür edirəm, Andrey. Sizinlə tanış olmaq xoş idi! Dünya çempionatında Ukrayna bayrağının rənglərində kapitan sarğısını taxmaq mənim üçün şərəfdir”.
Mirağa