MMA üzrə Rusiyanın tanınmış orta çəki döyüşçüsü Vladimir Mineev səfərbərliklə bağlı çağırış alıb.
Fanat.Az xəbər verr ki, bu barədə "Sports.ru" saytı məlumat yayıb.
“Çağırış vərəqəsi almışam, bu gün hərbi komissarlığa gedirəm. Mən qaçmaq fikrində deyiləm. Çağırış vərəqəsini götürüb hərbi komissarlığa gedirəm, orada isə vətən qərar verəcək.
Mən birinci kateqoriyaya düşürəm, paraşütçüyəm”, - deyə Mineev bildirib.
Xatırladaq ki, sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.
Emin