Legioner həyatı yaşayan rusiyalı futbolçular Artyom Dzyuba ("Adana Demirspor") və Aleksandr Kokorinə ("Aris Limassol") səfərbərliklə bağlı çağırış vərəqəsi gəlib.
Fanat.Az xəbər verir ki, informasiya "Anti Matç" "Telegram" kanalına məxsusdur.
Məlumatda bildirilir ki, Sankt-Peterburqun Petroqradskiy rayon hərbi kommisarlığının adı açıqlanmayan əməkdaşı Artyom Dzuyab və Aleksandr Kokorinə çağırış vərəqələrinin hazırlanması barədə məlumat verib.
Xatırladaq ki, sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.
Emin