"Mançester Yunayted"in əfsanəvi futbolçusu Erik Kantona dünyada baş verən hadisələrdən danışıb.
Fanat.Az xəbər verir ki, "Canal +" 56 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:
“2008-ci ilin maliyyə böhranı və koronavirus pandemiyasından sonra Fransada milliyətçilik hissi artıb. Yalnız Fransada deyil, Böyük Britaniya. Almaniya. Macarıstan. İtaliya. İspaniyada belədir.
1929-cu ildə böhran oldu və 1933-cü ildə Adolf Hitler seçkilərdə qalib gəldi, sonra isə dünya müharibəsi başladı.
Yavaş-yavaş millət birləşir. Hər şeydə əcnəbilərin, mühacirlərin günahkar olduğunu düşünürük.
Bu, heç kimin məsuliyyəti öz üzərinə götürməməsi ilə bağlıdır. Buna görə də hamı “zəiflərin” günahkar olduğuna inanır.
Mühacirlər həmişə günahkardır. Ölkə qaydasında olanda deyirik ki, onun hər bir sakininin sayəsindədir. Amma pis günlər gələndə günahkar həmişə mühacirlər olur.
Biz dünya müharibəsinə yaxınlaşırıq".
Emin