PSJ-nin baş məşqçisi Kristof Qaltye Paris klubu ilə bağlı təəssüratlarından danışıb.
Fanat.Az xəbər verir ki, "Le Parisien" 56 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:
“PSJ-nin məşqçisi olmaq dünya səviyyəli oyunçularla işləməyi bacarmaq deməkdir.
Burda siz komanda daxilində deyilən hər şeyin ciddi şəkildə məxfi qalmasını təmin etməyə borclusunuz. Çünki hər sözdən sensasiya yaranır. Burda tənqidin sizə zərər verməməsi üçün xüsusilə diqqətli olmalısınız".
Xatırladaq ki, 8 turdan sonra PSJ Fransa çempionatında 22 xalla turnir cədvəlinə başçılıq edir.
Emin