Futbol üzrə Nigeriya milli komandasının sabiq yarımmüdafiəçisi Con Obi Mikel futbolçu karyerasını bitirib.
Fanat.Az xəbər verir ki, 35 yaşlı oyunçu futboldan getdiyini sosial şəbəkə hesabında açıqlayıb.
Obi Mikelin sonuncu iş yeri Küveytin “Əl-Küveyt” klubu olub. Dayaq yarımmüdafiəçisi bu komandanı 2021-ci ilin noyabrında tərk edəndən bəri işsiz idi.
Dayaq yarımmüdafiəçisi olan Obi Mikel peşəkar karyerasına Norveçin “Lyun” klubunda başlayıb. O, 2006-cı ildə məhz bu klubdan “Çelsi”yə transfer olunub. Nigeriyalı oyunçu düz 11 il London təmsilçisinin uğurları üçün çalışıb.