Portuqaliya millisinin və "Real Madrid" klubunun sabiq əfsanəsi Luiş Fiqu Ginnesin Rekordlar Kitabına düşüb.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, 49 yaşlı futbolçu dəniz səviyyəsindən 7 kilometr hündürlükdə futbol oynayaraq dünya rekorduna imza atıb.
Bunun üçün təyyarənin daxilində xüsusi oyun meydançası quraşdırılıb. Burada Fiqu dünyanın müxtəlif yerlərindən olan digər futbolçularla birlikdə göyün insan çəkisi sıfıra bərabər olan qatında futbol oynayıb.
Həmin maraqlı futbol matçının videosunu təqdim edirik:
Emin