"Bayern Münhen" Yaponiyanın istedadlı gənc futbolçusu Taiçi Fukui ilə müqavilə imzaladığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, Almaniya nəhəngi "Saqan Tosu"nun 18 yaşlı yarımmüdafiəçisi ilə 3 illik anlaşıb.
Taiçi 2023-cü ilin yanvarında daimi olaraq Almaniyaya köçəcək.
Qeyd edək ki, Yaponiyanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü olan futbolçu "Saqan Tosu"nun heyətində 14 oyuna çıxıb.
Mirağa