Fransa futbolunun əfsanəsi Tyerri Anri Londonda idman sənayesi liderlərinin toplantısında VAR haqqında danışıb.
Fanat.Az xəbər verir ki, “Monako”, “Yuventus”, “Arsenal” və “Barselona”nın sabiq hücumçusu idmanda texnologiyaya qarşı olmadığını, lakin digər idman növləri ilə müqayisədə futbolda boş yerə daha çox vaxtın sərf olunmasından məyusluğunu dilə gətirib.
O, proqnozların əksinə olaraq, VAR-ın mübahisəli vəziyyətləri artırdığını və oyunda əyləncəni öldürdüyünü deyib: "Futbolda həmişə geridəyik. Öyrənməli çox şey var. Amerika futbolunda, reqbidə, kriketdə və tennisdə qərarlar bir anda verilir. Qərarı yük maşınında və ya başqa yerdə oturan kimsə verir. Qol vurduqdan sonra bilmirsən ki, sevincdən tullanmalısan, ya yox. Yox, qolu qeyd etməyib gözləyəcəksənsə, bu, oyunun əyləncəsini öldürür”.
Mirağa