Almaniya millisi 2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində oynamaqdan imtina edib.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, qitə çempionatına ev sahibliyi edəcək Almaniyada təşkilatçı qismində seçmə qruplardan birində oynamaq təklifi alıb. Ancaq onlar bundan imtina ediblər.
Əvəzində almanlar yoldaşlıq oyunları keçirəcək. Bu barədə milli komandanın direktoru Oliver Birhoff açıqlama verib: "Ev sahibi kimi biz artıq vəsiqə qazanmışıq. Bu qərar gələn il üçün planlar qurarkən bizə daha çox üstünlük verir. Yoldaşlıq görüşləri üçün özümüzə daha güclü rəqiblər seçə bilərik".
Almaniya Millətlər Liqasının final turnirində çıxış etməyi planlaşdırsa da, İtaliya, İngiltərə və Macarıstanla birgə yer aldığı qrupdan çıxa bilməyib. Görünür, AÇ-nin seçmə mərhələsindən imtinaya bu məqam təsir göstərib.
Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi oktyabrın 9-da Frankfurtda keçiriləcək, oyunlar gələn ilin martında başlayacaq.
Mirağa