"Liverpul" klubu Misirdə və İngiltərədə yeni Məhəmməd Salah adlandırılan 21 yaşlı cinah yarımmüdafiəçisi İbrahim Adellə maraqlanır.
Fanat.Az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Mersisayd təmsilçisi ilə yanaşı, "Arsenal", "Brayton", "Nottingem Forest" və "Brentford" da gənc futbolçuya göz dikib.
“90 min” portalı hətta Salahın klub rəhbərliyinin diqqətini Misirin “Pyramids” klubunda çıxış edən istedadlı həmyerlisinə yönəltdiyi iddia edilir. Transferin yanvarda baş tutacağı güman olunur.
"Transfermarkt"ın 1,5 milyon avro qiymət qoyduğu Adelin hələ hazırkı klubu ilə 4 illik müqaviləsi var. Yayda Danimarkanın "Nordsjaelland" klubu onun transferi üçün "Pyramids"ə 2,3 milyon avro təklif etdiyi, Misir təmsilçisinin isə ən azı 6 milyon avro istədiyi bildirilir.
Adel Misir millisinin üzvüdür. O, keçən il debüt etdiyi millidə ümumilikdə 4 oyuna çıxıb. Misir çempionatında ikinci yerdə qərarlaşan "Pyramids"də 6 qol vuran və 4 məhsuldar ötürmə edən gənc futbolçu sürəti, driblinqi, topla çevikliyi ilə məşhur həmyerlisi Salahı xatırladır.
Mirağa