Braziliyalı əfsanə Romario yenidən xalqın ona olan inamını qazanıb.
Fanat.Az xəbər verir ki, keçmiş hücumçu ikinci dəfə Rio de Janeyro senatına seçkilərdə qalib gəlib.
Bu barədə 56 yaşlı veteran futbolçu özü açıqlama yayıb.
Səslərin 94,82 faizinin hesablanması ilə o, 29,05 faiz toplayıb ki, bu da təxminən 2,24 milyon səs deməkdir. Beləliklə o, namizədlər arasında lider olub.
Braziliya millisinin heyətində 70 oyunda 55 qol vuran, 1994-cü ildə dünya çempionatının qalibi olan və iki dəfə Amerika Kubokunu qazanan Romario seçkilərdə qalib gəlməsi barədə bunları deyib: “Etibarınıza görə təşəkkür edirəm və söz verirəm ki, Rioda və bütün Braziliyada həyat səviyyəsini yaxşılaşdırmaq üçün daha da çox işləməyə davam edəcəyəm. Seçki prosesi çətin keçdi, mən etibarsız və qorxaq rəqiblərlə qarşılaşmalı oldum, amma xalq aldanmadı".
Mirağa