"Yuventus"un və İtaliya millisinin sabiq forvardı Alessandro Del Pyero dünyanın ən güclü hücumçularının adlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Football Italia" ulduz veteranın dediklərini belə çatdırıb:
"Lionel Messi, Kilian Mbappe, Neymar, Erlinq Holand, Robert Levandovski, Kərim Benzema və Vinisius Junior hazırda dünyanın ən güclü hücumçularıdır. Rafael Leau? Yox, onu bu dərəcədə şişirtməyək. Hələ bir il öncə demişdim ki, Leau öz üstünlüklərini anlasa, fenomenal oyunçuya çevrilə bilər. Rafael düяgün yoldadır. Amma reallıq hissini itirmək olmaz".
Nihat