Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
“Marca” nəşri: “Real Madrid” yarımmüdafiəçi Toni Kroosun qarşısında ultimatum qoyub. Futbolçunun hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır. Bu səbəbdən Kroos qalıb-qalmayacağı ilə bağlı qərar verməlidir".
"The Telegraph" nəşri: "Hazırda işsiz olan 62 yaşlı Rafael Benites "Nottingem Forest"in baş məşqçisi postunda Stiv Kuperin yerinə keçə bilər".
“Marca” nəşri: “Real Madrid”in yarımmüdafiəçisi Luka Modriç gələn mövsümünü də kral klubunun heyətində keçirəcək".
"Calciomercato" nəşri: "Arsenal" "Lester Siti"nin yarımmüdafiəçisi Yuri Tilemans uğrunda "Real Madrid", "Liverpul" və "Yuventus"la rəqabət aparacaq".
"Todofichajes" nəşri: "Mançester Yunayted" rəhbərliyi komandasının baş məşqçisi Erik ten Haqın istefası barədə düşünür. "Qırmızı şeytanlar"ın yeni baş məşqçisi Xulen Lopeteqi ola bilər.
ESPN nəşri: "Barselona"nın futbolçusu Frenki de Yonq "Mançester Yunayted"in transfer hədəfi olaraq qalır. "Qırmızı şeytanlar"ın rəhbərliyi gələn yay "Borussiya Dortmund"un yarımmüdafiəçisi Cud Bellingemi də heyətinə qatmaq niyyətindədir".
Emin Şəmsiyev