İspaniyanın "Elçe" klubunun baş məşqçisi Fransisko Rodriges işindən qovulub.
Fanat.Az La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, rəhbərlik uğursuz nəticələr səbəbindən sözügedən çalışdırıcı ilə vidalaşıb.
Komanda çempionatda keçirdiyi son 5 matçda uduzub.
Qeyd edək ki, "Elçe" La Liqada 7 turdan sonra 1 xalla sonuncu - 20-ci yerdədir.