Avropa Liqasının qrupunda növbəti oyununu oktyabrın 6-da "Malmö"yə qarşı keçirəcək "Union Berlin" səfər oyunu ərəfəsində koronavirus şoku yaşayır.
Fanat.Az xəbər verir ki, Almaniya təmsilçisi İsveçə baş məşqçi Urs Fişersiz gedəcək.
Bundan başqa, müdafiəçi Timo Baumqartleylə yarımmüdafiəçi Tim Masieyevskinin Covid-19 testi müsbət çıxıb. Fişeri köməkçiləri Markus Hoffman və Sebastyan Beninq əvəzləyəcək.
Qeyd edək ki, "Union Berlin"lə "Malmö" 2 oyundan sonra xalsızdır və qrupda 3-4-cü yerləri bölüşdürürlər.
Mirağa