İtaliyanın "Sampdoriya" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, klub serbiyalı Deyan Stankoviçlə anlaşıb.
2019-cu ildən "Srvena Zvezda"da çalışan Stankoviç A Seriyası təmsilçisi ilə günün ikinci yarısında münasibətlərini rəsmiləşdirəcək. İtaliya mətbuatı 44 yaşlı mütəxəssisin artıq Genuyada olduğunu və bu gün komandanı ilk məşqinə çıxaracağını iddia edib.
"Sampdoriya" 8 turda cəmi 2 heç-heçə edib və qalan görüşlərdə uduzub. Komanda hazırda sonuncu pillədə qərarlaşıb.
Deyan Stankoviçin İtaliyaya köçməsində təbii ki, futbolçu kimi bu ölkədə oynaması rol oynayıb. O, 1998-2004-cü illərdə “Latsio”nun, 2004-2013-cü illərdə isə “İnter”in futbolçusu olub, karyerasını Milan təmsilçisində başa vurub.
Mirağa