"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının 3-cü turunda Hayfa "Makkabi"si üzərində qazandıqları qələbəni (3:1) şərh edib.
Fanat.Az xəbər verir ki, "La Gazzetta dello Sport" onun dediklərini belə çatdırıb:
"Yuventus"un bəxti gətirdi. Oyundan sonra paltardəyişmə otağına hakim kəsilən sükut hər şeyi deyirdi... Matçın bitməsinə 15 dəqiqə qalmış oyundan qopduq. Belə desəm, qol buraxandan sonra qorxduq. Qorxa-qorxa oynamaq isə çox təhlükəlidir.
İnkişaf etməyin yollarını tapmalıyıq. Göğrüləcək işlər çoxdur. Məqsədimiz bu rəqibi İsraildə üstələməkdir".
Nihat