Dortmund "Borusiiya"sına 1:4 hesablı yenilginin ardından Xulen Lopeteqini istefaya göndərən "Sevilya" klubunun bossları yeni baş məşqçi ilə anlaşıb.
Fanat.Az xəbər verir ki, informasiyanı italiyalı insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabı üzərindən yayıb.
Mənbə Əndəlüs təmsilçisinin argentinalı Xorxe Sampaoliyə tapşırıldığını və 62 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanacağını bildirib.
Sampaoli "Sevilya" üçün yad sima deyil. O, 2016/2017 mövsümündə bu komanda ilə La Liqada 4-cü yeri tutub. Cənubi amerikalının son iş yeri "Olimpik Marsel" olub.
Nihat