"Barselona"nın müdafiəsində zədə epidemiyası Çempionlar Liqasında "İnter" və La Liqada "Real"la ən vacib matçlara təsadüf edib. Müdafiəçi Jül Kunde Fransa millisinin heyətində oyunda zədələnib və artıq blauqrana"nın iki görüşünü buraxıb.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, futbolçunun "İnter"lə növbəti oyuna qədər sağalmaq üçün yaxşı şansı var.
Futbolçunun reabilitasiyası yaxşı gedir və onun "neradzurri" ilə oyununda iştirakı ilə bağlı qərar çərşənbə axşamı veriləcək.
Emin