Türkiyəli məşhur teleaparıcı və prodüser Acun Ilıcalının sahibi olduğu "Hall Siti" klubu anlaşmaq üzrə olduğu məşqçi Pedro Martinslə danışıqları dayandırıb.
Fanat.Az xəbər verir ki, bu barədə Çempionşip klubunun yaydığı açıqlamada bildirilib.
İngiltərə klubu 52 yaşlı portuqaliyalı çalışdırıcının tələblərini yerinə yetirə bilmədiklərini açıqlayıb: “Pedro Martinslə geniş müzakirədən sonra razılığa gələ bilmədik. Ona görə də danışıqları dayandırmaq qərarına gəldik. Pedro əla məşqçidir, lakin biz onun tələblərini yerinə yetirə bilmirik. Ona "Hall Siti"yə göstərdiyi marağa görə təşəkkür edirik və gələcək karyerası üçün ən yaxşısını arzulayırıq".
Qeyd edək ki, "Hall Siti" bu yaxınlarda gürcüstanlı Şota Arveladzeni istefaya göndərib. Komanda 11 oyundan 11 xalla Çempionşipdə 20-ci pillədə qərarlaşıb.
Mirağa