Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Cud Bellingem karyerasını İspaniya nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az "Football.London"a istinadən xəbər verir ki, "Çelsi", "Liverpul" və "Bayern Münhen"in də maraqlandığı İngiltərə millisinin üzvünün "Real Madrid"ə keçmək ehtimalı daha böyükdür.
Belə ki, mənbə Madrid təmsilçisinin Bellingemə görə qarşı tərəfə 100 milyon avro ödəməyə hazır olduğunu və rəsmi təklifi cari mövsümün sonunda göndərməyi planlaşdırdığını açıqlayıb. Xəbərdə futbolçunun özünün də "Real"a qoşulmağı ən ideal variant saydığı vurğulanıb.
Qeyd edək ki, bu mövsüm "Borussiya" forması ilə ümumilikdə 12 matça çıxan Cud 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin 30 iyun tarixinə qədərdir.
Nihat