“Portu” futbolçusu Pepe ilə yeni müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, bunu Portuqaliya klubunun mətbuat xidməti açıqlayıb.
25 yaşlı yarımmüdafiəçi 2027-ci ilin yayına qədər Portuqaliya klubunda qalacaq. Braziliyalı futbolçu 2021-ci ilin əvvəlindən bu komandada çıxış edir.
Qeyd edək ki, Pepe “Qremio”dan transfer olunub.
Emin