“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bröyne klubunun tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, belçikalı futbolçu ən çox məhsuldar ötürmə verməklə bu "şəhərlilər"in yeni rekordunun sahibi olub.
“Mançester Siti” Premyer Liqanın 9-cu turunda səfərdə “Sauthempton” üzərində 4:0 hesablı darmadağına sevinib. Belçikalı bu oyunda 1 məhsuldar ötürmə edib. Bununla da onun məhsuldar ötürmələrinin sayı 94-ə çatıb. Bu, komandanın tarixində ən yaxşı göstəricidir.
Bundan əvvəlki rekord 93 məhsuldar ötürmə verən ispan David Silvaya məxsus idi.