İspaniyanın "Elçe" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, ötən həftə uğursuz nəticələr səbəbindən Fransisko Rodrigeslə vidalaşan La Liqa klubu Alberto Qalleqo ilə anlaşıb.
48 yaşlı ispaniyalı mütəxəssis bu gün 8-ci tur çərçivəsində "Malyorka" ilə baş tutacaq oyunda debüt edəcək. Komanda çempionatda keçirdiyi son 5 matçda uduzub və La Liqada 7 turdan sonra 1 xalla sonuncu - 20-ci yerdədir.
Qeyd edək ki, "Elçe"nin yeni çalışdırıcısı futbol dünyasında məşhur olmasa da, musiqi karyerasına görə yerli ictimaiyyət tərəfindən çox yaxşı tanınır. O, Lanco adı ilə çıxış edən, gitaraçı və müğənni kimi istedadı ilə tanınan birisidir. "Elçe"nin yeni çalışdırıcısı hətta "Eurovision"da iştirak etməyə yaxın olub. O, 2005-ci ildə sözügedən mahnı müsabiqəsinin İspaniya seçimində finala qədər gəlib çıxıb.
Mirağa