"Mançester Siti"nin klub mağazası ötən mövsüm ərzində satdığı qədər formani bu il cəmi iki aya satıb.
Fanat.Az xəbər verir ki, satılanların 78 faizi Erlinq Holandın adını daşıyan formalardır.
"Şəhərlilər"in mətbuat xidmətinin verdiyi məlumata görə mağazalarda Holandın forması qalmayıb.
Norveçli futbolçu bu mövsüm "Mançester Siti"nin heyətində bütün oyunlarda 20 qol vurub.
Emin