Fransa millisinin sabiq yarımmüdafiəçisi Emmanuel Petit PSJ-nin ulduz hücumçusu Kilian Mbappeni sərt tənqid edib.
Fanat.Az xəbər verir ki, veteran futbolçu "Rothen Ignites" verilişində 23 yaşlı forvardı son açıqlamalarıyla kluba qarşı hörmətsiz göstərməkdə ittiham edib.
"Mbappenin son həftələrdə verdiyi açıqlamaları mövzudan kənar hesab edirəm. Hesab edirəm ki, o, getdikcə özünü əsas məqsəddən uzaqlaşdırır. Yalnız özünü düşünür. Ona demək istəyirəm: “Kilian, böyü, bu həyatdır”. O, bu gün hamını əsəbiləşdirir. Şəxsi planda şikayətlərini tez-tez dilə gətirir. Hətta özünü komandadan da üstün tutur. Klub hər bir oyunçudan daha vacibdir. Bu gün Mbappenin açıqlamaları əhəmiyyətsizdir. O, kluba, ətrafındakılara hörmətsizlik göstərir. Həm məşqçisini, həm də konkret oyunçuları hədəfə alır. Mən bunu acınacaqlı hesab edirəm".
"Monako" (1988-1997) və "Arsenal"da (1997-2000) oynamış Emmanuel Petit 2000-ci ildə "Barselona"ya keçib. 2001-ci ildə "Çelsi"yə transfer olunan futbolçu 3 ildən sonra karyerasını başa vurub.
Mirağa