Ötən gün "Makkabi Hayfa"yla Çempionlar Liqasının oyununda uduzan (0:2) "Yuventus" Anxel Di Marianın zədələnməsinə görə ikiqat üzüldü.
Fanat.Az "TyC Sports"un əməkdaşı Qaston Edula istinadən xəbər verir ki, argentinalı yarımmüdafiəçinin durumuna aydınlıq gəlib.
34 yaşlı ulduz futbolçunun bud nahiyyəsində kiçik yırtıq müəyyən olunub. Bu səbəbdən yerini Arkadiuş Milikə verərək əvəz olunan Di Maria təxminən 20 gün yaşıl meydanlardan uzaq qalacaq.
Argentinalı jurnalist onun Qətərdə keçiriləcək dünya çempionatında iştirak edə biləcəyini vurğulayıb. Belə ki, DÇ təxminən bir ay sonra başlayacaq və təcrübəli futbolçu mundialda Lionel Skalonun sərəncamında olacaq.
Mirağa