"Udineze"nin braziliyalı futbolçusu Uolles dəhşətli avtomobil qəzası keçirib.
Fanat.Az "Fakty"a istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi 110 min dollar dəyərində olan “Audi Rs6” markalı avtomobili ilə gecə vaxtı Udine küçələri ilə hərəkətdə olarkən bir anda idarəetməni itirib.
Nəticədə avtomobil aşıb və alışıb. Xoşbəxtlikdən Uolles alov onu bürüməzdən əvvəl maşından çıxa bilib.
Hadisə yerinə dərhal yanğınsöndürənlər və təcili yardım maşını gəlib. Uolles özünü yaxşı hiss etməsinə baxmayaraq, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Lakin müayinədən sonra o, evə buraxılıb. Futbolçu A Seriyasında növbəti - "Latsio" ilə oyunda “Udineze”yə kömək edə biləcək.
Qeyd edək ki, müdafiəyəmeyilli yarımmüdafiəçi olan Uolles “Udineze”nin əsas heyət üzvüdür. Braziliyalı İtaliya klubunun tərkibində bütün turnirlərdə 99 oyun keçirib və 1 qol vurub.
Mirağa