UEFA Çempionlar Liqasında C qrupunun IV turunda öz meydanında İtaliya "İnter"i ilə heç-heçə (3:3) edən "Barselona" polşalı hakim Şimon Marçinyakın idarəçiliyindən narazı qalıb.
Fanat.Az xəbər verir ki, Kataloniya klubunun baş məşqçisi Xavi oyunsonrası mətbuat konfransında narazılığını dilə gətirib.
42 yaşlı çalışdırıcının hakimi günahlandırmasına isə "Ayaks", "Real Madrid", "İnter" və "Milan"ın keçmiş yarımmüdafiəçisi Klarens Zeedorf münasibət bildirib. O, Xavinin "bostanına daş atıb": "Barselona hakimi günahlandırır? Onların hakimlərə təzyiq etmək vərdişləri var, amma Xavi hörmət göstərməlidir. O, futbolçu olanda da belə idi. Bu, onların mədəniyyətinin bir hissəsidir. Amma VAR dövründə bu, yaxşı görünmür”.
Mirağa