PSJ-nin ulduz futbolçusu Serxio Ramos Fransa çempionatının iki oyunundan kənarlaşdırılıb.
Fanat.Az xəbər verir ki, bu barədə "L'Equipe" məlumat yayıb.
Müdafiəçi "Reyms"lə matçda (0:0) hakimi təhqir etdiyi üçün diskvalifikasiyaya məruz qalıb.
Beləliklə, 36 yaşlı mərkəz müdafiəçisi parislilərin "Olimpik Marsel" (16 oktyabr) və "Ayaçço" (21 oktyabr) ilə qarşılaşmalarını buraxacaq.
Mirağa