Həftəsonu Turində "Torino" ilə "şəhər derbisi"nə çıxacaq "Yuventus"da böhran dərinləşib.
Fanat.Az xəbər verir ki, İtaliya nəhəngində qruplaşma var.
“Yuventus”un stadionunun qarşısında asılan böyük pankart bu iddiaya əsas verib. Orada belə yazılıb: "Cənab Alleqri, istefa verməyin! Sizə qarşı çıxan futbolçular bu formaya layiq deyillər!"
İtaliya mediası bu pankarta əsaslanaraq, komandada baş məşqçini istəməyən futbolçuların olduğunu iddia ediblər.
Qeyd edək ki, "Yuventus" son ayyarımda keçirdiyi 9 oyunun yalnız ikisində qalib gəlib. Beş məğlubiyyətlə A Seriyasında lider "Napoli"dən 10 xal geri qalan komanda Çempionlar Liqasının qrupunda 4 oyundan yalnız birində sevinib. Massimiliano Alleqrinin komandası 3 xalla qrupda sonuncu yeri tutmamaq uğrunda mübarizə aparır.
Mirağa