“Real Madrid”in futbolçusu Kərim Benzema karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.
Xəbərə görə, fransalı hücumçu “Mançester Yunayted”in maraq dairəsindədir.
Madridlilər Benzema ilə müqaviləni yeniləməsə, o, İngiltərə klubuna keçəcək.
Qeyd edək ki, Kərim Benzema 2009-cu ildən “Real Madrid”in şərəfini qoruyur.