"Mançester Yunayted"in futbolçusu Kriştianu Ronaldu karyerasını yenidən La Liqada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Xəbərə görə, 37 yaşlı portuqaliyalı ulduz "Barselona"ya keçə bilər.
Qeyd olunur ki, Ronaldunun meneceri Jorje Mendeş Kataloniya klubunun rəhbərliyi ilə danışıqlar aparıb.